30 istiqamət üzrə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Gəncə, Bakı-Lənkəran, Bakı-Tərtər, Bakı-Ağdaş, Bakı-Cəlilabad, Bakı-Oğuz, Bakı-Masallı, Bakı-Beyləqan, Bakı-İmişli, Bakı-Ağcabədi, Bakı-Qəbələ, Bakı-Cəbrayıl, Bakı-Zəngilan (Ağalı kəndi), Bakı-Qubadlı, Gəncə-Astara, Gəncə-Zaqatala, Sumqayıt-Mingəçevir, Sumqayıt-Quba, Sumqayıt-Kürdəmir, Sumqayıt-Qazax, Sumqayıt-Xankəndi-Laçın, Astara-Mingəçevir, Mingəçevir-Ağcabədi, Şəki-Mingəçevir, Bərdə-Şəki, Ağcabədi-Xankəndi-Laçın, Horadiz-Laçın, Xudat-Quba, Nabran-Qusar və Naftalan-Suqovuşan şəhərlərarası avtobus marşrutlarını müsabiqəyə çıxarılır.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Sənədlər 1 mart 2025-ci il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.
Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.