"Efirdə heç vaxt yemək yeməyəcəyəm. Günahdır, yaraşmaz. Mən yeyirəm, orada ac uşaq baxır. Gecə ac yatıb, səhər durur yemək yoxdur. Göz haqqı var".
Bu sözləri meyxanaçı Ağamirzə Məmmədov "Qonaqcanlı" verilişində deyib. Sənətçi efirdə yemək yeyənləri tənqid edib:
"Heç vaxt etməyəcəyəm. Bir verilişə getdim, xanım aparıcı mənə görə stola yemək qoymadı".