"Bir vaxtlar filmlərə çəkildim, kinoteatrlarda yayımlandı. "Ögey ata"dan sonra Fərda sevənlərin kinoteatra axını oldu. Film sektoru ayıldı ki, camaat kinoya baxırmış ki... Onda yığışdılar bir yerə. Harada pul var başı çıxan da, çıxmayanda yığışır ora. Ondan sonra "Xoxan", "Oğlan evi" çəkildi. Axın başladı film sahəsinə Tamaşaçıların kinoteatra getməyi 3 il çəkdi. Çox ucuz şeylər çəkdilər, bərbad filmlər çıxdı. Tamaşaçını küsdürdülər".
Bu sözləri aktyor Fərda Xudaverdiyev "Səhnə adamı" yutub layihəsində deyib. Sənətçi son günlər çəkilən filmləri pisləyib.