Fərdi sahibkar Novruz Şöhrət oğlu Gülməmmədova məxsus, Şamaxı-İsmayıllı yolunun 24-cü kilometrliyində yerləşən "Şöhlətoğlu" ailəvi istirahət mərkəzinin keçmiş administratoru saxlanılıb. Pravda.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, saxlanılan 1980-ci il təvəllüdlü S.Adil restoranda rəsmi olaraq aşpaz kimi qeydiyyata alınsa da, sahibkar ona inandığı üçün istirahət mərkəzində bütün işlərini görməsini həvalə edib.
Novruz Gülməmmədov şikayəti əsasında saxlanılan Adilə Cinayət Məcəlləsinin (178.2.2 və 179.2.4-cü maddələri ilə cinayət işi açılıb və işə məhkəmədə baxılıb.
Məlum olub ki, sahibkarın ən yaxın adamı kimi tanınan Adil istirahət mərkəzinin tikintisi, təmiri, həmçinin ərzaq və digər məhsulların alış-verişini də özü edib.
Novruz Gülməmmədov Türkiyədə müalicə olduğu dönəmdə Adil İsmayıllı rayondakı qəssablardan, tikinti ləvazimatı mağazalarından onun adına nisyə mal götürərək pulları mənimsəyib, sahibkarın adını ticarətçilərin "nisyə dəftəri"nə yazdırıb. Sahibkar iddia edib ki, o, rəhbəri olduğu restoranın gündəlik alverindən qalan hər gün üçün 1500 manat xeyri də mənimsəyib.