Son illərdə demək olar istənilən yanacaqdoldurma məntəqələrində sürücülərə yanacaq qatqıları təklif edilir.
Pravda.az Xəzər TV-yə istinadən bildirir ki, sürücülərə yaxınlaşan yanacaqoldurma məntəqəsinin işçiləri, müxtəlif qiymətə olan yanacaq qatqılarını təkilif edirlər.
Bəs belə qatqıların yanacağın keyfiyyətinə təsiri varmı?
Avtomobil ustası Dəniz Ağabəyli deyir ki, bəzi sürücülər istehsalçı zavodun tələbinə uyğun yanacaqdan istifadə etmirlər. Onun sözlərinə görə, Avro-4 və Avro-5 standartlı avtomobillərdə Aİ-95 yanacağından istifadə edilməlidir.