Şair Nazilə Səfərlinin Misir tətili zamanı başına iş gəlib.
Əvvəlcə tur şirkət viza üçün onu aldadır 200 manatını alıb.
Bununla bağlı paylaşım edən N.Səfərli "Viza məsələlərində aldadıla bilərsiniz. Ehtiyyatlı olun! Viza üçün hərəmizə 27 dollar rüsum ödədik. 200 manat isə səyahət firmasının işçisinə sözdə xidmət haqqı ödədik. Bu da keyfiyyətsiz xidmət! Bizə Misirdə 40 dollar cərimə yazıldı. Hərəmiz üçün də 10 dollar rüşvət aldılar. Söhbət Misirin Hurqada şəhərindən gedir. Bu şəhərə giriş viza ilədir" deyə, bildirib.