Yuxu insan sağlamlığının ayrılmaz hissəsidir. Yetərli və keyfiyyətli yuxu immun sistemini gücləndirir, beyin fəaliyyətini yaxşılaşdırır və ümumi həyat keyfiyyətini artırır. Bəs, sağlam qalmaq üçün gündə neçə saat yatmaq lazımdır?
Pravda.az Yeniavaz.com-a istinadən xəbər verir ki, ABŞ-ın Milli Elm Fondu (NSF) və Dünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssislərin fikrincə, yuxu ehtiyacı yaş qruplarına görə dəyişir.
Qeyd edək ki, yaşa görə tövsiyə olunan yuxu saatları aşağıdakı kimi göstərilir:
0-3 ay – 14-17 saat
4-11 ay – 12-15 saat
1-2 yaş – 11-14 saat
3-5 yaş – 10-13 saat
6-13 yaş – 9-11 saat
14-17 yaş – 8-10 saat
18-64 yaş – 7-9 saat
65 və daha yuxarı – 7-8 saat
Bildirilir ki, bu normalara uyğun yatan insanlar həm fiziki, həm də psixoloji baxımdan daha sağlam olurlar. Kifayət qədər yatmamaq ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Xroniki yuxusuzluq aşağıdakı riskləri artırır:
Ürək-damar xəstəlikləri – Yuxusuzluq yüksək qan təzyiqi və infarkt riskini artırır.
Piylənmə və şəkərli diabet – Yuxu azlığı metabolizmanı pozaraq kökəlməyə və insulin müqavimətinə səbəb ola bilər.
Zehni yorğunluq və depressiya – Yuxusuzluq yaddaşın zəifləməsinə, əsəbilik və depressiya hallarına yol açır.
İmmunitetin zəifləməsi – Az yatmaq immun sistemini zəiflədir, orqanizmi infeksiyalara qarşı həssas edir.