Dağlıq-Şirvan Regional Təhsil İdarəsi Ağsu rayonu S.Mikayılov adına tam orta məktəbin sabiq direktoru Həsənov Fəxrəddin Həsənqulu oğlunun həbsi məsələsinə münasibət bildirib.
Ağsuda məktəb direktorunun həbsi məsələsinə aydınlıq gətirildi
Regional İdarədən verilən məlumata görə, Dağlıq-Şirvan Regional Təhsil İdarəsi tərəfindən adıçəkilən təhsil müəssisəsində aparılmış yoxlama zamanı sabiq direktorun əmək fəaliyyəti dövründə dövlət əmlakını mənimsəməsi də aşkarlanıb və toplanmış materiallar hüquq-mühafizə orqanlarına təqdim edilib.
Bildirilib ki, sabiq direktor əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə ötən il iyulun 3-də tutduğu vəzifədən azad edilib.