Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

Xəsarət alan və həlak olan minatəmizləyənlərin ailə üzvlərinin NƏZƏRİNƏ

1 253
Paylaş:
Xəsarət alan və həlak olan minatəmizləyənlərin ailə üzvlərinin     NƏZƏRİNƏ

Minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin ailə üzvlərinin sosial müdafiəsi ilə bağlı təkliflər hazırlanacaq.

Bu, Prezident İlham Əliyevin “Minatəmizləmə fəaliyyəti haqqında” qanunun tətbiqi barədə Fərmanında əksini tapıb.

Nazirlər Kabineti minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin ailə üzvlərinin sosial müdafiəsi ilə bağlı təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Paylaş:

Ən son xəbərlər