Ağcabədidə kəndlərin birində bələdiyyə üzvü seçilən şəxs Qəbələ şəhərində qalmaqala səbəb olub. Pravda.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Elşad Məmmədov (şərti) Ağcəbədinin kəndlərinin birinin bələdiyyə üzvü seçildiyi üçün iki dostuna Qəbələdəki restoranların birində qonaqlıq verib.
Dostlar yeyib-içdikdən sonra 225 manat hesab gəlib. Elşad Məmmədov üzərlərində o qədər pul olmadığı üçün hesabı bir neçə gün sonra ödəmək üçün restoran rəhbərliyindən vaxt istəyib. Amma restoran sahibi pulu tələb etdiyi üçün aralarında mübahisə yaranıb.