BURADA REKLAMINIZ OLA
BİLƏR

Xocalıda ilk körpə dünyaya gəlib

Xocalı rayonunun Ballıca kəndində işğaldan azad olunandan sonra ilk körpə dünyaya gəlib.

 

Pravda.az AZƏRTAC-a istinadən xəbər verir ki, Xocalı sakini, 1996-ci il təvəllüdlü Sevanə Məmmədovanın dünyaya gətirdiyi ilk övladı oğlandır.

 

Ballıca kəndində dünyaya göz açan körpəyə babası Mehdinin adını veriblər. Hazırda anaya və körpəyə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.

 

Qeyd edək ki, körpənin atası İlqar Məmmədov Vətən müharibəsinin iştirakçısı, müharibə veteranıdır. Hazırda ANAMA- da işləyir. Məmmədovlar ailəsi bir müddət əvvəl Ballıca kəndinə köçüblər.

Tarix: 4 Fevral 2025, 10:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin