Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı ilkin hesabat yaxın günlərdə açıqlanacaq

587
Paylaş:
AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı ilkin hesabat yaxın günlərdə açıqlanacaq

Aktau yaxınlığında AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı ilkin hesabat yaxın günlərdə açıqlanacaq.


Bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev bildirib.


O qeyd edib ki, müxtəlif ölkələrdən olan mütəxəssislər demək olar işlərini bitiriblər.


Qeyd edək ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən Embraer sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib./APA

Paylaş:

Ən son xəbərlər