BURADA REKLAMINIZ OLA
BİLƏR

Tənzilə Rüstəmxanlı parlament seçkilərində namizədliyini irəli sürməyəcək

“Mən keçiriləcək parlament seçkilərində deputatlığa namizəd olmayacam”.

 

Bunu Azəri-Türk Qadınlar Birliyinin sədri, Azərbaycan-Türkiyə Evinin rəhbəri Tənzilə Rüstəmxanlı Modern.az-a açıqlamasında deyib:

 

“Deputatlığa namizəd olmaq fikrində deyiləm. Ancaq Sabir Rüstəmxanlı deputatlığa namizədliyini verəcək”.

 

Xatırladaq ki, Tənzilə Rüstəmxanlı Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının həyat yoldaşıdır.

 

Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-da keçiriləcək.

Tarix: 9 Dekabr 2019, 19:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin