Psixiatr, mütəxəssis Dr. Dərya Özkan enerji içkilərinin həddindən artıq istehlakının sinir sistemi və psixi sağlamlığa mənfi təsir etdiyini bildirib. O, yüksək dozalarda kofeinin əsəbilik, narahatlıq, yuxusuzluq, titrəmə, ürək döyüntüsü və taxikardiya kimi problemlərə səbəb ola biləcəyini qeyd edib.
Mütəxəssisin sözlərinə görə, enerji içkilərinin tərkibində kofein, taurin, B vitaminləri, inositol, quarana və karnitin kimi maddələr var:
"Xüsusilə quarana yüksək miqdarda kofein ehtiva etdiyi üçün bu içkilərdə geniş istifadə olunur. Türkiyədə enerji içkilərinin tərkibində litr başına 150 milliqrama qədər kofein qəbul edilib, lakin bir neçə içki içildikdə bu limit asanlıqla aşılır.