Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi qumar oyunlarının təşkilinə qarşı əməliyyat keçirib.
Pravda.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, əməliyyatla ölkədə “qumar kralı” kimi tanınan Yusif Baqiyev (Şəkili) də saxlanılıb.
Ona qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 193-1.3.1 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə) və 244-1.4-cü (qumar oyunlarını təşkil etmə və keçirmə-xüsusilə külli miqdarda gəlir əldə etməklə ) maddələri ilə ittiham elan edilib.