Bulğur min illərdir Yaxın Şərq və Aralıq dənizi mətbəxinin ayrılmaz hissəsidir. O, buğdadan hazırlanır və qida dəyərinə görə çox faydalı sayılır. Hazırda sağlam qidalanmaya üstünlük verən insanlar arasında bulğura maraq artmaqdadır.
Yenisabah.az bulğurun faydalarını əhatə edən məlumatları təqdim edir:
Zəngin qida tərkibi
Bulğur lif, protein, vitamin və minerallarla zəngindir. Xüsusilə B qrupu vitaminləri, maqnezium, dəmir və sink baxımından olduqca dəyərlidir. Bu elementlər orqanizmin düzgün işləməsinə kömək edir və enerji səviyyəsini artırır.
Həzm sisteminə faydası
Tərkibində yüksək miqdarda lif olduğu üçün bağırsaq fəaliyyətini yaxşılaşdırır. Bulğur qəbizliyin qarşısını alır və həzm sistemini tənzimləyir. Həmçinin bağırsaq mikroflorasının sağlam qalmasına kömək edir.