Daha 1372 nəfər koronavirusa yoluxdu, 17 nəfər isə öldü

Türkiyədə yeni növ koronavirus infeksiyasından (COVID-19) daha 17 nəfər ölüb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində bildirib.

 

Nazir qeyd edib ki, son 24 saatda 45 213 şübhəli koronavirus testindən keçib, onlardan 1372-nin cavabı pozitiv çıxıb. Bu gün daha 1984 xəstə sağalıb.

 

Türkiyədə indiyədək 195 883 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5082 nəfər ölüb, 169 182 nəfər isə müalicə olunaraq sağalıb.APA

 

Tarix: 27 İyun 2020, 23:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin