Azərbaycanda daha bir hakim vəfat etdi

Bakı Apellyasiya Məhkəməsinin hakimi Müseyib Hüseynov vəfat edib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə vəkil Orxan Kəngərli məlumat verib.

 

Onun sözlərinə görə, mərhum iyunun 28-də dəfn ediləcək.

 

M.Hüseynov ağır xəstəlikdən əziyyət çəkirmiş.

 

Qeyd edək ki, Hüseynov Müseyib Abbas oğlu 2000-2007-ci illərdə Ali Məhkəmənin hakimi, 2007-2011-ci illərdə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin sədri, 2011-2016-cı illərdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri vəzifəsində işləyib. 2016-cı ildən isə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının hakimi kimi fəaliyyət göstərirdi.

 

Xatırladaq ki, M.Hüseynov son 15 gündə Bakı Apellyasiya Məhkəməsinin dünyasını dəyişən 3-cü hakimidir. Hakim Əflatun Qasımov iyunun 13-də, hakim Namiq Məmmədov isə iyunun 26-da vəfat edib. Onların hər ikisi COVID-19-a yoluxubmuş.Report

Tarix: 28 İyun 2020, 02:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin