Xəbər verdiyimiz kimi, Mərkəzi Banka yeni baş direktorlar təyin edilib. Onlardan biri də Anar Mansurovdur.
O, 1986-cı ildə Bakı şəhərində anadan olub. 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini “Maliyyə-kredit” ixtisası üzrə bakalavr, 2011-ci ildə həmin universiteti, 2022-ci ildə isə “Warwick” Universitetini “Biznesin idarə edilməsi” (MBA) ixtisası üzrə magistr dərəcələrilə bitirib.
Əmək fəaliyyətinə 2005-ci ildə Azərbaycan Respublikası Beynəlxalq Bankında başlayıb, 2022-ci ilin avqust ayından 2025-ci ilin fevral ayınadək Azərbaycan Respublikası Mərkəzi Bankının Maliyyə idarəetməsi departamentinin direktoru vəzifəsində işləyib.