Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Naftalan şəhər Uşaq-Gənclər İdman məktəbinin cüdo bölməsinin yetirməsi Şərbətova Zeynəb Rəfail qızı Bakıda 01 fevral 2025-ci il tarixdə keçirilən U-21 Gənclər arasında ölkə birinciliyində 63 kq çəki dərəcəsində III yerə layiq görülərək bürünc medal, 03 fevral tarixdə isə Gənc qızların komandalar arasında ölkə birinciliyində I yerə layiq görülərək qızıl medal qazanıb.
ŞİH-nin başçısı Vüqar Novruzov gənc idmançımızla görüşüb, səmimi təbriklərini çatdırıb. Ölkəmizdə idmanın inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulayaraq bildirib ki, Azərbaycanda idman hər zaman möhtərəm cənab Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən yüksək diqqət və qayğı ilə əhatə olunub, cüdo idman növünə xüsusi diqqət ayrılıb.