BURADA REKLAMINIZ OLA
BİLƏR

Famil Xəlilova hökm oxundu

Narkotik vasitələri hazırlama, saxlama, daşıma ittihamı ilə saxlanılan Famil Xəlilovun cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Hökmə əsasən, Famil Xəlilova 2 il sınaq müddəti seçilməklə 3 il şərti cəza verilib.


Qeyd edək ki, Famil Xəlilov 2024-cü ilin mayın 2-də saxlanılıb. Ona Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Famil Xəlilov ötən ilin dekabr ayında ev dustaqlığına buraxılıb./APA

Tarix: 6 Fevral 2025, 17:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin