Qusarda oğlunu öldürməyə cəhd etməkdə təqsirləndirilən Sərkar Duraxanovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Sərkar Durdaxanovun cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyi müəyyən edilib və o, məcburi müalicəyə cəlb edilib.
Qeyd edək ki, hadisə ötən il iyulun 30-da baş verib. Qusar rayonu, Hil kənd sakini 2001-ci il təvəllüdlü İsrafil Duraxanovun xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1941-ci il təvəllüdlü Sərkar Duraxanovun aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açaraq oğlu İsrafil Duraxanovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.