Azərbaycanda fevralın 12-də xüsusi müsadirə edilmiş əmlakların hərracı keçiriləcək.
Bu barədə Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat daxil olub.
Bildirilib ki, hərraca müxtəlif ərazilərdə yerləşən mənzillər, qeyri-yaşayış sahələri və torpaq sahələri çıxarılacaq.
Hərrac Bakı şəhəri və ölkənin bir sıra rayonlarını əhatə edəcək. Satışa çıxarılan əmlaklar və onların start qiymətləri aşağıdakı kimidir:
Bakı şəhəri üzrə:
Nizami rayonu: Əlif Hacıyev küçəsində yerləşən 154.9 kv.m-lik mənzil 255 000 manat start qiyməti ilə hərraca çıxarılır. Bu mənzil artıq ikinci dəfə təkrar satışa çıxarılır.
Yasamal rayonu: H.Zərdabi prospektində 95.51 kv.m sahəyə malik mənzil 171 000 manat qiymətlə hərraca təqdim edilir. Bu əmlak üçüncü dəfə təkrar hərraca çıxarılır və əvvəlki satış qiymətinə 10% endirim tətbiq olunub.
Xətai rayonu: 2 ədəd Samsung Galaxy A3 markalı mobil telefon hər biri 120 manat start qiyməti ilə satışa çıxarılacaq. Bu telefonlar artıq beş dəfədən çox hərraca təqdim edildiyindən 50% endirim tətbiq edilib.
Regionlar üzrə:
Gədəbəy rayonu: S.Vurğun küçəsində, "Köhnə bazar" adlanan ərazidə yerləşən 70 kv.m qeyri-yaşayış sahəsi 10 000 manat start qiyməti ilə hərraca çıxarılır. Əmlak üçün 50% endirim nəzərdə tutulub.
Goranboy rayonu: Aşağı Ağcakənd qəsəbəsində yerləşən müxtəlif ölçülü torpaq sahələri satışa çıxarılıb. Qiymətlər 3 750 manatdan 11 000 manatadək dəyişir və bütün torpaq sahələrinə 50% endirim tətbiq olunub.