Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin, eləcə də Ruben Vardanyanın barəsində olan cinayəti işləri üzrə məhkəmə proseslərinin fevraıln 6- da baxış iclası başlayıb.
Arayik Harutyunyan bugünkü məhkəmə prosesində çıxış edərək hazırda baxılan cinayət işi üzrə ittiham olunan şəxslərə psixoloji təzyiq göstərilməsi və psixotrop dərmanların verilməsinə dair Ermənistan mediasında yayılan iddiaları yalan adlandırıb.
“Nəzərə alsaq ki, təcridxanada bizim məlumat almaq, etiraz etmək imkanlarımız olub. Həmçinin Ermənistan mediasında və digər kütləvi informasiya vasitələrində bizim saxlanma şəraitimiz daim müzakirə olunur. Başa düşdüyüm qədərilə, Ermənistan Respublikasının baş naziri bəyan edib ki, bizə qarşı psixoloji təzyiq və həmçinin psixotrop dərmanlardan istifadə edilməsi barədə fikirləri var.
Mən ən çox bizim doğmalarımız, yaxınlarımız barədə narahatlıq keçirirəm. Bəyan etmək istəyirəm ki, mən saxlanma şəraitinə dair qanunla tanışam. Təcridxanada bütün qanunlara əməl olunur, Beynəlxalq Qırmızı Xaç Komitəsi vaxtaşırı olaraq bizi ziyarət edir. Bizim ailə üzvlərimizlə telefon zəngi imkanlarımız olur. Təcridxanada bizə qarşı münasibət qanuni qaydada təmin olunur və bizimlə qanuni davranırlar. İstintaq dövründə də müstəntiqlər tərəfindən hüquqlarımız təmin olunub. Vəkillər həmişə istintaqda iştirak ediblər. Xüsusilə qeyd etmək istəyirəm ki, bizə qarşı hər hansı bir təzyiq olmayıb. İstintaq zamanı bizimlə hər zaman qanun çərçivəsində davranıblar. Təşəkkür edirəm”.
Daha sonra təqsirləndirilən şəxs Davit Babayan məhkəməyə müraciət edərək söz istəyib.
Məhkəmə D.Babayanın istəyini təmin edib. Təqsirləndirilən şəxs çıxış edərək saxlanma şəraitindən razı olduğunu, ona və digər təqsirləndirilən şəxslərə təzyiq göstərilmədiyini deyib:
"Mən öz adımdan demək istəyirəm ki, burada bizə qarşı heç bir təzyiq olmayıb. Bizə hər dəfə hörmətlə davranırlar və yerimizdə başqası olsa nə edərdi onu özlərinə sual versinlər. Bizim həqiqəti demək cəsarətimiz var. Həqiqət sərhəd tanımır. Burada saxlanma yerimiz də çox yaxşıdır”.
28 Mart 19:11
28 Mart 19:00
28 Mart 18:49
28 Mart 18:39
28 Mart 18:19
28 Mart 17:32
28 Mart 17:29
28 Mart 17:17
28 Mart 17:02
28 Mart 16:02
28 Mart 15:56
28 Mart 15:45
28 Mart 15:37
28 Mart 15:29
28 Mart 15:22
28 Mart 15:18
28 Mart 15:07
28 Mart 14:55
28 Mart 14:51
28 Mart 14:48
28 Mart 14:44
28 Mart 14:42
28 Mart 14:40
28 Mart 14:17
28 Mart 14:15
28 Mart 14:11
28 Mart 14:06
28 Mart 14:03
28 Mart 14:03
28 Mart 14:00
28 Mart 13:58
28 Mart 13:55
28 Mart 13:23
28 Mart 12:28
28 Mart 12:26
28 Mart 12:24
28 Mart 12:19
28 Mart 12:15
28 Mart 11:55
28 Mart 11:45
28 Mart 11:41
28 Mart 11:12
28 Mart 11:08
28 Mart 10:07
28 Mart 09:59
28 Mart 09:25
28 Mart 08:31
28 Mart 08:25
28 Mart 08:18
28 Mart 08:13
28 Mart 08:12
28 Mart 08:10
28 Mart 07:55
28 Mart 07:52
28 Mart 07:49
28 Mart 07:47
28 Mart 07:42
28 Mart 07:41
28 Mart 07:39
28 Mart 07:38
28 Mart 07:32
28 Mart 00:31
28 Mart 00:24
28 Mart 00:06
28 Mart 00:00
27 Mart 23:51
27 Mart 22:34
27 Mart 22:00
27 Mart 21:54
27 Mart 21:52
27 Mart 21:43
27 Mart 20:59
27 Mart 20:48
27 Mart 20:47
27 Mart 20:45
27 Mart 20:41
27 Mart 20:13
27 Mart 20:11
27 Mart 20:08
27 Mart 19:03
27 Mart 19:01
27 Mart 18:48
27 Mart 17:25
27 Mart 17:22
27 Mart 17:20
27 Mart 17:13
27 Mart 17:11
27 Mart 17:09
27 Mart 17:08
27 Mart 17:05
27 Mart 17:03
27 Mart 17:01
27 Mart 16:53
27 Mart 15:53
27 Mart 15:36
27 Mart 15:33
27 Mart 15:04
27 Mart 14:49
27 Mart 14:26
27 Mart 14:23
27 Mart 14:21
27 Mart 14:19
27 Mart 14:02
27 Mart 13:59
27 Mart 13:58
27 Mart 13:57
27 Mart 13:48
27 Mart 13:46
27 Mart 13:44
27 Mart 13:42
27 Mart 13:41
27 Mart 13:40
27 Mart 13:39
27 Mart 13:34
27 Mart 13:33
27 Mart 13:31
27 Mart 12:38
27 Mart 12:25
27 Mart 12:24
27 Mart 12:22
27 Mart 12:08
27 Mart 12:05
27 Mart 11:41
27 Mart 11:34
27 Mart 11:13
27 Mart 10:40
27 Mart 10:16
27 Mart 09:46
27 Mart 08:33
27 Mart 08:30
27 Mart 08:28
27 Mart 08:27
27 Mart 08:26
27 Mart 08:23
27 Mart 07:48
27 Mart 07:45
27 Mart 07:44
27 Mart 07:42
27 Mart 07:41
27 Mart 07:39
27 Mart 07:34
27 Mart 07:32
27 Mart 07:29
27 Mart 07:27
27 Mart 07:19
27 Mart 07:16
27 Mart 07:13
27 Mart 07:06
26 Mart 23:41
26 Mart 23:32
Ən son xəbərləri səhifəmizdən də izləyin