BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu şəxslərin maaşı 35 faiz artacaq

2026-cı ilə qədər 135 min müəllim sertifikatlaşdırmaya cəlb olunacaq.

 

Bu barədə Elm və Təhsil naziri Emin Əmrullayev deyib. Onun sözlərinə görə, 2026-cı ilə qədər 135 min təhsilverən sertifikatlaşdırma prosesinə qatılacaq.

 

Nazir qeyd edib ki, sertifikatlaşdırmadan müvəffəqiyyətlə keçən müəllimlərin maaşlarına artımlar ediləcək:

 

“Sertifikatlaşdırma imtahanları keçirildikcə, müəllimlərin əməkhaqqılarına əlavələr olunacaq. Bu əlavələr 10 faizdən 35 faizə qədər olacaq və nəticədə orta əməkhaqqının artmasına səbəb olacaq. 2023-cü ilin fevral ayında orta əməkhaqqı 790 manat təşkil etmişdi”.

 

Sertifikatlaşdırmanın təhsil sektorunda keyfiyyətin artırılmasına töhfə verməsi gözlənilir.

Tarix: 7 Fevral 2025, 06:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin