8 fevral 2025-cü il, Bakı – Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlər üçün səyahətləri daha əlçatan etmək məqsədilə yeni kampaniyaya start verir.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən verilən məlumata görə, 2025-ci il fevralın 16-dək sərnişinlər AZAL-ın bütün beynəlxalq istiqamətləri üzrə aviabiletləri 25% endirimlə əldə edə biləcəklər. Təklif 2025-ci il mayın 31-dək həyata keçirilən reyslərə şamil olunur.
Endirim kampaniyası müntəzəm beynəlxalq uçuşların ekonom büdcə, premium ekonom və biznes sinifi tariflərinə şamil edilir, lakin vergi və yığımlara tətbiq edilmir.