Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, fevralın 8-i saat 18:00-a olan məlumata əsasən, Abşeron yarımadasının bəzi yerlərində, Kəlbəcər, Laçın, Daşkəsən, Gədəbəy, Şəki, Oğuz, Zaqatalada (Əlibəy) arabir qar yağır.
Şimal-qərb küləyi əsir. Narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Bakıda və Abşeron yarımadasında arabir 30 m/s ,sarı xəbərdarlığa uyğun olaraq Naxçıvan MR-da 18 m/s, Şirvanda 15 m/s-yə çatıb.