Naxçıvan MR Dövlət Energetika Xidmətinin 110/35/10 kV Çeşməbasar yarımstansiyası üçün iki ədəd 16 MVA transformatorun və Naxçıvan MR Mədəniyyət Nazirliyinin Heydər Əliyev Muzeyi üçün havalandırma, isitmə və soyutma sistemlərinin alınması və quraşdırılması ilə əlaqədar elan etdikləri tenderlər ləğv edilib.
Pravda.az-ın xəbərinə görə, qərarları Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib.