Ağcabədidə ölümlə nəticələnən yol qəzası törədən “Vətən müharibəsi iştirakçısı”na hökm oxunub.
Hadisə Ağcabədi rayonun Hindarx qəsəbəsində baş vermişdi. 1991-ci il təvəllüdlü Mirzayev Emil Sahib oğluna məxsus “VAZ-21011” markalı avtomobillə 1940-cı il təvəllüdlü Quliyev Türbəndə Talış oğluna məxsus “VAZ-2106” markalı avtomobil toqquşmuşdu. Qəza zamanı Türbəndə Quliyev aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişmişdi.
Araşdırma zamanı məlum olub ki, qəzaya səbəb Emil Mirzayevin maşını arxaya verərkən yola baxmaması olub. O, idarə etdiyi maşını yola çıxararkən arxadan gələn “VAZ 2106” ona çırpılıb, daha sonra isə yol kənarındakı fərdi yaşayış evinin hasarına dəyib. Türbəndə Quliyev xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.