Müavinət və təqaüdlərin də yaxın aylarda artırılması nəzərdə tutulur.
Bu haqda millət vəkili Vüqar Bayramov "Xəzər Xəbər"ə açıqlamasında deyib.
O bildirib ki, dövlət başçısının müvafiq sərəncamı ilə icra olunan yeni sosial islahat paketi çərçivəsində minimum pensiya artımı təmin edilib. Yaxın aylarda isə müavinət və təqaüdlər də artırılacaq.