Hamiləlik gələcək ananın qidalanmasına xüsusi diqqət yetirməli olduğu dövrdür. Bəzi qidalar hamiləlik dövründə körpənin sağlamlığına mənfi təsir göstərərək fəsadlara səbəb ola bilər.
Pravda.az hamiləlik zamanı qəbul edilməsi tövsiyə olunmayan qidaları təqdim edir:
Çiy və ya az bişmiş ət və balıq
Çiy və ya az bişmiş ətlərdə bir sıra zərərli bakteriyalar ola bilər. Bu bakteriyalar qida zəhərlənməsinə və infeksiyalara səbəb olduğu üçün əti tam bişmiş formada istehlak etmək lazımdır. Suşi kimi çiy balıq olan qidalarda zərərli mikroorqanizmlər ola bilər. Bu mikroorqanizmlər dölün inkişafdan qalmısana, vaxtından əvvəl doğuşa və anadangəlmə anomaliyalara səbəb ola bilər. Balıq da yaxşı bişmiş halda istehlak edilməlidir.
Pasterizə olunmamış süd və süd məhsulları
Pasterizə edilməmiş süd və pendir listeria infeksiyası riski daşıyır. Bu infeksiya dölün inkişafdan qalmasına, vaxtından əvvəl doğuşa vəvanadangəlmə anomaliyalara səbəb ola bilər. Pasterizə edilmiş süd və pendirə üstünlük verilməlidir.
Çiy və ya az bişmiş yumurta
Çiy və ya az bişmiş yumurta salmonella riski daşıyır. Salmonella infeksiyası mədə problemlərinə və hamiləlik fəsadlarına səbəb ola bilər. Yumurtalar tam bişmiş halda istehlak edilməlidir.