Amerikalı milyarder İlon Mask ABŞ-nin “Azadlıq Radiosu” və “Amerikanın səsi” radiostansiyalarını bağlamalı olduğunu deyib.
Bu haqda “X” hesabında yazan Mask bu radiostansiyalara heç kim qulaq asmadığını və onların fəaliyyətinə ildə təxminən 1 milyard dollar xərcləndiyini deyib.
"Bəli, onları bağlayın. Boğucu bürokratiya xaric olmaqla Avropa indi azaddır. Artıq heç kim onlara qulaq asmır", - deyə o bildirib.