Məlum olduğu kimi, son illər süni intellektin inkişafı iş dünyasında böyük dəyişikliklərə səbəb olub.
Texnologiya nəhəngləri və startaplar bu sahəyə milyardlarla dollar sərmayə yatırır, nəticədə avtomatlaşdırma sürətlənir və bir çox sahədə insan əməyinə olan ehtiyac azalır.
Ekspertlərin fikrincə, gələcəkdə bəzi peşələr süni intellekt və robotlar tərəfindən əvəz oluna bilər.
Müştəri xidmətləri və çağrı mərkəzləri
Süni intellektə əsaslanan çatbotlar və səsli köməkçilər artıq bir çox şirkətdə müştəri sorğularını cavablandırır. "ChatGPT" və "Google Bard" kimi dil modelləri müştərilərlə ünsiyyət quraraq problemləri həll edə bilir. Bu, gələcəkdə minlərlə çağrı mərkəzi işçisinin işini itirə biləcəyini göstərir.
Nəqliyyat və logistika
Özünüidarə edən avtomobillər və yük maşınları sürücülərin işinə birbaşa təsir göstərə bilər. "Tesla", "Waymo" və "Uber" kimi şirkətlər avtonom nəqliyyat vasitələri üzərində çalışır. Yaxın illərdə süni intellektin idarə etdiyi nəqliyyat vasitələri taksi sürücüləri, yük maşını sürücüləri və hətta pilotları əvəz edə bilər.
Maliyyə sektoru
Bank və sığorta sahəsində süni intellekt böyük rol oynayır. İnvestisiya analizləri, kredit risklərinin qiymətləndirilməsi və dələduzluq hallarının aşkarlanması kimi sahələrdə süni intellekt insanlardan daha dəqiq və sürətli işləyir. Bu isə maliyyə məsləhətçiləri, kredit ekspertləri və hətta mühasiblərin işini risk altına qoyur.
Media və jurnalistika
Süni intellekt artıq xəbər məqalələri, hesabatlar və məzmunlar yazır. Məsələn, "Forbes", "Associated Press" və digər media qurumları bəzi xəbərləri avtomatlaşdırılmış sistemlərə yazdırır. Əgər süni intellektin yazı qabiliyyəti daha da təkmilləşərsə, jurnalistlərin və redaktorların sayı azala bilər.