Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən dəstə üzvləri Namiq Məmmədovun (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, protest və şikayət təmin edilməyib.
Qeyd: Hökmdən dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırıb ki, cinayət işi üzrə xüsusilə diqqətçəkən məqam var. Belə ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsləri dövlət hakimiyyəti orqanlarının səlahiyyətinə aid olan məsələlərin həlli ilə əlaqədar aldadıb, heç bir əsas olmadığı halda onlara sosial müavinətin düzəldilməsinə, təsərrüfat təyinatlı torpaq sahəsində tikinti işləri aparacağına icazə alacağına dair vədlər verib, nəinki vətəndaşları aldatmaqla onlara ziyan vurub, həmçinin dövlət orqanlarının fəaliyyətini nüfuzdan salan hərəkətlərə də yol verib.