Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Deputat: "Sahil Babayev sosial-iqtisadi sahədə böyük təcrübəyə malik mütəxəssisdir"

1 053
Paylaş:
Deputat: "Sahil Babayev sosial-iqtisadi sahədə böyük təcrübəyə malik mütəxəssisdir"

"Sahil Babayev sosial-iqtisadi sahədə böyük təcrübəyə malik mütəxəssisdir. O, fəaliyyət göstərdiyi bütün təşkilatlarda yenilklər etməklə şəffaflığın artmasına töhfə verib".

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

"Sahil Babayev Əmək və əhalinin sosial müdafiəsi naziri kimi fəaliyyət göstərdiyi dövrdə də bu sektorun fəaliyyətinin şəffaflaşdırlması üçün müasir innovasiyaların tətbiqini genişləndirib. Belə ki, DOST mərkəzlərinin xidmətlərindən vətəndaşların məmnunluğu 99%-ə çatıb. Bu baxımdan Sahil Babayevin maliyyə naziri təyin olunması ilə ölkənin maliyyə sisteminə də yeniliklər gətirəcəyini və daha səmərəli fəaliyyət təqdim edəcəyini düşünürəm", — deputat bildirib.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər