Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

İlham Əliyev fərman imzaladı

24 489
Paylaş:
İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi haqqında fərman imzalayıb.

Pravda.az xəbər verir ki, fərmana əsasən, icbari tibbi sığorta fondunun 2025-ci il büdcəsinin xərcləri 2 941 690 000,00 manat məbləğində təsdiq edilib.

Bu xərclərin maliyyələşmə mənbələri aşağıdakılardır:

- icbari tibbi sığorta fondunun 2025-ci il büdcəsinin gəlirləri 2 571 690 000,00 manat;

- icbari tibbi sığorta fondunun büdcəsinin əvvəlki illərdə istifadə olunmamış vəsaitlərindən (qalığından) 2025-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 370 000 000,00 manat.

Bu fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

Paylaş:

Ən son xəbərlər