Müğənni Ramal İsrafilovun qardaşı Valeh İsrafilov gözlərdən və səhnədən itən bibisi oğlu Mirkamil Kamilovdan söz açıb.
Bu haqda Valeh qonaq olduğu “Günaydın, Azərbaycan” verilişində danışıb.
Proqramın aparıcısı Xoşqədəm Hidayətqızının “Mirkamil haradadır?” sualına V.İsrafilov belə cavab verib:
“Yazırlar ki, Mirkamilə paxıllıq edirsiniz. Bizim canımız, qanımız, bibimizin oğludur. Ona necə paxıllıq edək? İnsan nə edirsə özünə edir. Mirkamil daşı ətəyindən töksün efirə çıxsın. Hətta Ramal ona deyir ki, mahnılarımdan verim, yenisini yazım. Bir babanın nəvələriyik”.