"Elə bil ki, bu ölkədə qiymət qaldırmaq üzrə yarış gedir, taksi xidmətindən də yan keçmir. Həmçinin tez-tez müşahidə edirik ki, "Bolt" xidmətinin maşınlarının çoxu köhnədir. Halbuki bu cür taksilər barədə tədbir görülmüşdü. Ən yüksək səviyyədə bildirilirdi ki, köhnə taksilərin sayı ən az iki dəfə azaldılıb, dövriyyədən çıxarılıb. Amma görürsən ki, qiyməti bahalaşdırmalarına baxmayaraq, sifarişlər üçün köhnə maşınlar da fəaliyyət göstərir, ciddi şəkildə narazılıq yaradır. Xidmət haqqı ilə bağlı sui-istifadə hallarına yol verilir. Bəzən sistemdə göstərilən məbləğdən daha artığı tələb olunur. Maraqlıdır, aidiyyəti təşkilatlar belə vəziyyətə niyə nəzarət etmirlər? Yalnız qiyməti qaldıra bilirlər?".
Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.
