Gəncə Ağır Cinayətlər Məhkəməsində Bərdədə xuliqanlıq niyyəti ilə adam öldürmə və xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmədə təqsirləndirilən Azər İbrahimovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü o, 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: 2023-cü il avqustun 5-də səhər saatlarında Bərdə rayonu Kələntərli kəndində 1991-ci təvəllüdlü İbrahimova Sədaqət Rauf qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının qayını 1995-ci il təvəllüdlü İbrahimov Azər Rəşid oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.