Lənkəranda külli miqdarda narkotik vasitə əldə etmə və satmaqda ittiham edilən şəxsin cinayət işinin təfərrüatları məlum olub. O, narkotik satışı ilə məşğul olmadığını deyib. Amma telefon danışıqları zamanı müştərilərlə yazışması aşkar edilib.
Pravda.az Musavat.com xəbər verir ki, söhbət 1987-ci il təvəllüdlü Muradın cinayət işindən gedir.
Daha əvvəl narkotik istifadəsinə görə azadlıqdan məhrum edilən Murada bu dəfə Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etmə və satma) maddəsi ilə ittiham irəli sürülüb.
İttihama görə, Murad Lənkəran şəhəri, “Böyük Bazar” ərazisində istintaqla müəyyən edilməmiş mənbədən satış məqsədi ilə 2,15 qram heroin və 01 0,354 qram metamfetamin əldə edib.
Murad ittihamla razılaşmayıb. Deyib ki, narkotik vasitə istifadəçisi olsa da, satışı ilə məşğul olmayıb.
İstintaqla müəyyən edilib ki, ondan narkotik vasitə alan şəxslərdən biri tanışı Rauf olub. Murad narkotik satmadığını desə də, Raufun ona yazdığı mesajlar bunun əksini göstərib. Cinayət işi materiallarında Rauf və Elvin adlı şəxslərin narkotik vasitə almaq üçün Murada müraciət etdikləri müəyyən edilib. Narkotik vasitəni öz aralarında “pəncərə” adlandırdıqları da məlum olub.