İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yeni rəhbər təyin edilib.
Pravda.az Modern.az-a istinadən xəbər verir ki, müvafiq qərar İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Nahid Bağırov tərəfindən verilib.
Qərara əsasən, əvvəllər İcra Hakimiyyətində baş məsləhətçi kimi çalışan Qiyas Abdullayev İH başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə yeni nümayəndəsi səlahiyyətlərini müvəqqəti icra edəcək. O, bundan əvvəl İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.
Xatırladaq ki, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi əvvəllər Əlişir Süleymanov olub. 1992-2016-cı illərdə Azərbaycan ordusunda müxtəlif hərbi vəzifələr üzrə ön cəbhədə xidmət etmiş Ə.Süleymanov 2016-cı ildə polkovnik-leytenant rütbəsi ilə ehtiyata buraxılıb.
