Rusiyanın Azərbaycandakı casus şəbəkəsinin ifşası ilə bağlı ötən gün yayımlanan qalmaqallı siyahıdan sonra Azərbaycan siyasi elitasının “boz kardinal”ı sayılan Ramiz Mehdiyevin ətrafındakı şəxslər haqqında da artıq “təmizləmə”nin başladığı qeyd olunur. Bu şəxslərdən biri də Abşeron rayonunun icra hakimi vəzifəsində çalışan Abdin Fərzəliyevdir.
“Yeni Çağ”ın əldə etdiyi məlumata görə, Abdin Fərzəliyev də yaxın zamanda istefaya göndəriləcək. Günü bu günə qədər Rusiyanın Həştərxan şəhərində geniş biznes şəbəkəsinə malik olan, böyük maliyyə imkanlarına sahib bu şəxs uzun illərdir ki, yüksək vəzifədə qalmağı bacarıb. Lakin son hadisələr göstərir ki, onun siyasi dayaqları artıq ciddi şəkildə sarsılıb.
A. Fərzəliyev uzun müddət Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və keçmiş prezident köməkçisi Əli Həsənovun yaxın adamı kimi tanınıb. Yeni Azərbaycan Partiyasında (YAP) Əli Həsənovun müavini kimi fəaliyyət göstərməsi və Partiyalararası əlaqələr və dialoq komissiyasında sədr müavini olması da onun hakimiyyət daxilində mövqeyinin güclü olmasına işarə edirdi.
Bununla yanaşı, onun Həştərxanda müxtəlif biznes sahələrinə nəzarət etdiyi, 35 milyon manatlıq otel biznesinə malik olduğu iddia edilir. Uzun illər ərzində formalaşan bu əlaqələr və biznes maraqları Fərzəliyevin vəzifədə qalmasına kömək etsə də, indi vəziyyət tamamilə dəyişib. Son dövrlər Mehdiyev-Həsənov tandeminin siyasi arenadan tamamilə uzaqlaşdırılması, xüsusilə Ramiz Mehdiyevin artıq iqtidar komandasında “arzuedilməz şəxs” elan olunması Abdin Fərzəliyev üçün də ciddi təhlükələr yaradıb.
Məhz bu səbəbdən, Abdin Fərzəliyevin də vəzifəsini itirəcəyi qeyd olunur. Abdin Fərzəliyev haqqında yayılan ən ciddi iddialardan biri onun Avropada Azərbaycan əleyhinə fəaliyyət göstərən müxalif qruplara maliyyə dəstəyi verməsi ilə bağlıdır.
Qeyd edək ki, Abdin Fərzəliyev siyasi karyerası boyu müxtəlif qalmaqallarla gündəmə gəlib. Onun Heydər Əliyevin 90 illiyi münasibətilə salınmış parkın sonradan obyekt tikmək üçün sökülməsinə icazə verməsi geniş ictimaiyyət tərəfindən tənqid olunub. Bundan əlavə, Gülər Əhmədova – Ramiz Mehdiyev – Elşad Abdullayev qalmaqalı zamanı da adı müxtəlif hallarda çəkilib. Mətbuatın iddialarına görə, o dövrdə Ramiz Mehdiyev öz ailə kassası hesab edilən Fərzəliyevi qorumaq üçün ictimai rəyə münasibətlərin pozulması görüntüsünü yaratmaq istəyib. Lakin qalmaqal səngiyəndən sonra onların yenidən birlikdə hərəkət etdiyi üzə çıxıb.
Son hadisələr isə göstərir ki, Abdin Fərzəliyevin siyasi dayaqları tamamilə zəifləyib və onun vəzifədə qalması getdikcə çətinləşir. Ölkədə aparılan kadr islahatları fonunda onun da yaxın zamanda postunu tərk edəcəyi istisna edilmir. Bu prosesin necə nəticələnəcəyi isə qarşıdakı günlərdə daha da aydınlaşacaq.
24 Mart 00:02
23 Mart 23:45
23 Mart 23:42
23 Mart 23:40
23 Mart 23:39
23 Mart 23:36
23 Mart 23:34
23 Mart 21:44
23 Mart 21:40
23 Mart 21:23
23 Mart 21:15
23 Mart 20:06
23 Mart 19:55
23 Mart 19:12
23 Mart 19:00
23 Mart 18:10
23 Mart 17:40
23 Mart 17:36
23 Mart 17:22
23 Mart 17:19
23 Mart 17:18
23 Mart 17:16
23 Mart 17:12
23 Mart 16:18
23 Mart 16:15
23 Mart 16:02
23 Mart 15:14
23 Mart 14:49
23 Mart 14:46
23 Mart 14:45
23 Mart 14:44
23 Mart 14:42
23 Mart 14:39
23 Mart 14:32
23 Mart 14:04
23 Mart 13:57
23 Mart 13:56
23 Mart 12:30
23 Mart 12:07
23 Mart 12:04
23 Mart 12:01
23 Mart 11:58
23 Mart 11:57
23 Mart 11:29
23 Mart 11:28
23 Mart 11:26
23 Mart 11:25
23 Mart 11:21
23 Mart 11:19
23 Mart 11:17
23 Mart 10:42
23 Mart 10:37
23 Mart 10:35
23 Mart 10:34
23 Mart 10:23
23 Mart 09:37
23 Mart 09:31
23 Mart 09:28
23 Mart 09:25
23 Mart 09:22
23 Mart 08:14
23 Mart 03:18
23 Mart 03:13
23 Mart 03:02
23 Mart 03:00
23 Mart 02:55
22 Mart 23:10
22 Mart 23:06
22 Mart 22:42
22 Mart 22:16
22 Mart 22:14
22 Mart 22:12
22 Mart 22:10
22 Mart 22:09
22 Mart 22:08
22 Mart 22:07
22 Mart 22:05
22 Mart 22:05
22 Mart 22:02
22 Mart 22:01
22 Mart 21:58
22 Mart 21:57
22 Mart 21:55
22 Mart 21:54
22 Mart 21:50
22 Mart 21:47
22 Mart 20:26
22 Mart 18:57
22 Mart 18:49
22 Mart 17:37
22 Mart 17:36
22 Mart 17:08
22 Mart 17:02
22 Mart 16:49
22 Mart 16:30
22 Mart 15:52
22 Mart 15:05
22 Mart 14:38
22 Mart 13:36
22 Mart 13:27
22 Mart 13:22
22 Mart 13:11
22 Mart 13:07
22 Mart 12:59
22 Mart 12:55
22 Mart 12:15
22 Mart 12:02
22 Mart 11:44
22 Mart 11:27
22 Mart 11:16
22 Mart 10:48
22 Mart 10:36
22 Mart 10:09
22 Mart 09:56
22 Mart 09:53
22 Mart 09:45
22 Mart 08:37
22 Mart 08:36
22 Mart 08:33
22 Mart 08:29
22 Mart 08:27
22 Mart 08:26
22 Mart 08:23
22 Mart 08:21
22 Mart 00:26
21 Mart 23:21
21 Mart 23:18
21 Mart 23:16
21 Mart 23:15
21 Mart 23:14
21 Mart 23:12
21 Mart 23:09
21 Mart 22:37
21 Mart 22:21
21 Mart 22:16
21 Mart 22:15
21 Mart 22:14
21 Mart 22:13
21 Mart 22:12
21 Mart 22:11
21 Mart 22:10
21 Mart 22:05
21 Mart 20:50
21 Mart 19:09
21 Mart 19:05
21 Mart 19:03
21 Mart 19:00
21 Mart 18:11
21 Mart 18:05
21 Mart 17:52
Ən son xəbərləri səhifəmizdən də izləyin