BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanlı iş adamı 120 bıçaq zərbəsi ilə öldürüldü - FOTO

Azərbaycanlı gənc iş adamı, Masallının Şatıroba kənd sakini Allahqulu Əlihüseyn oğlu Səfərov Rusiyanın Surqut şəhərində 120 bıçaq zərbəsiylə qətlə yetirilib. O, uzun müddətdir Rusiyada yaşayırdı. Hadisəni 3 nəfər - İbrahim Məmmədli, Fərman Kərimzadə, Emil Əhmədov birgə törədib. Cinayətkarlar 2000-2001-ci il təvəllüdlü Azərbaycan vətəndaşları olub.

 

Pravda.az axar.az-a istinadən bildirir ki, atası Əlihüseyn Səfərovun sözlərinə görə oğlunun 35 yaşı olub. Bir qız atası olan mərhum ailəli olub.

 

Allahqulu hadisəni törədən 3 nəfərlə idman zalında tanış olub. Hadisə pul üstündə baş verib.

 

1262979.png (200 KB)

Tarix: 11 Fevral 2025, 23:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin