Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sistemi çökdüyü üçün respublikanın bütün dövlət xəstəxana və poliklinikalarında ajiotaj yaşanır.
Pravda.azTribunainfo.az-a istinadən xəbər verir ki, sistem çökdüyündən xəstəxanalarda böyük növbələr yaranıb. Xəstələri qeydiyyata almaq, digər hansısa işləm aparmaq mümkün deyil. Dövlət xəstəxana və poliklinikalarında bütün işlər elektronlaşdırıldığından hazırda heç bir iş aparmaq mümkün deyil.


