Mirşahin Rövnəq Abdullayevin “Azərbaycan erməni kilsələrinə pulsuz qaz verir” fikrinə aydınlıq gətirdi

“İndi isə uzun müddətdir susduğum bir mövzuya keçirəm. Bir neçə ildir ki, qara güruhun künc-bucaqda xısın-xısın qurdaladığı, öz aləmlərində guya indiki hakimiyyəti pis yerindən vurduqlarını zənn etdikləri bir məlumata. Azərbaycanın erməni kilsələrinə qaz verməsi barədə kontekstdən çıxarılmış, təhrif edilmiş, məqsədli şəkildə mənfi rəyə yönləndilmiş xəbərə. Uzun-uzadı düşünürdüm. Cavab vermirdim. Axı qaragüruh niyə bu xəbərin yaxasını buraxmır. Axı vaxtında, ideoloji müstəvidə öz işini görmüş, dünyada, beynəlxalq müstəvidə, ermənilərin apardığı guya azərbaycanlılar ermənilərə az qala irqi nifrət bəsləyirlər!” məzmunundakı təbliğata ciddi zərbə endirmiş bu məlumat nədən gündəlikdə həyasız bir hikkə, bir inadla saxlansın. Nə baş verib axı? Özü də müsahibəni alan müəllif kimi yəqin mən daha yaxşı bilərəm də, erməni kilsəsi nədi, Azərbaycan qazı nədi... Baxmayaraq ki, bu xəbərdən dərhal sonra Gürcüstan hökuməti də, Gürcü kilsəsi də əsaslı bəyanatlar, sual saxlamayan cavablar vermişdilər. Bildirmişdilər ki, qazı Azərbaycan yalnız Gürcüstana verir, gürcülər isə özləri qazı paylayır, o cümlədən məbədlərə. Pullusunu da, pulsuzunu da. Erməni kilsələri isə müftə qaz almırlar və s. Amma bu xəbərlər korluğa vurulurdu. Karlığa vurulurdu”.

 

Pravda.az-ın xəbərinə görə, bunu REAL TV-nin rəhbəri Mirşahin Ağayev deyib.

 

“Bir ucdan ulaşırdılar: Azərbaycan ermənilərə pulsuz qaz verir, qaz verir! Verir! Hipnoz xitabları kimi qulaqlarda idi... sözüm bunda deyil. Qaragüruhun peşəkarlığa heç bir yeri ilə dəxli olmayan qoltuqaltı, qoxu altı mediya platformalarında bu xəbər Azərbaycanı, SOCAR-ı linç etək məqsədilə panelə çıxarılmışdı. Axı niyə? Nə üçün? Növbəti Qarabağ danışıqları ərəfəsində bir tryuk kimi ortaya atılmış bu hiyləgər xəbərlə Azərbaycanı niyə özümüzünkülər vursun axı...” – M.Ağayev qeyd edib.

Tarix: 28 İyun 2020, 23:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin