Yevlaxda avtomobilin vuraraq komaya saldığı gənc dünyasını dəyişib.
Hadisə fevralın 8-də Ərəş kəndi ərazisində baş verib.
Belə ki, rayon sakini Hidayət Bəhrəmovun idarə etdiyi "Mercedes" markalı avtomobil yolu keçən 2005-ci il təvəllüdlü kənd sakini Soltanov Ələmdar Elgün oğlunu vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.