"Allergiya orqanizmin hər hansı bir maddəyə qarşı yüksək həssaslıqlı reaksiyasıdır. Adətən allergiya dəridə müxtəlif ölçüdə və formada səpkilərlə, qaşınma ilə, immun sistemi tərəfindən zəifliklə, selikli qişaların şişkinliyi ilə özünü biruzə verə bilər".
Pravda.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının professoru, əməkdar elm xadimi Amaliya Əyyubova bildirib. O qeyd edib ki, allergik xəstəliklər ilin bütün fəsillərində baş verə bilər. Lakin insan orqanizmindən asılı olaraq bəzi allergiyalar mövsümi xarakter daşıyır, əsasən yaz və payız aylarında özünü büruzə verir:
"Bura aiddir pollinoz (bitkilərə qarşı həssaslıq), allerqik rinit (məişət tozuna qarşı həssaslıq), bronxial astma, atopik bronxial astma, qida allerqiyası və s. Mövsümi allergiyalar təbiətdə baş verən dəyişiklərlə əlaqədar yaranır. El arasında "Bahar xəstəliyi" və yaxud "Bahar katarı" adlanan allergiya ağacların çiçək açdığı ərəfədə daha da fəallaşır. Xəstələrdə asqırma daha da güclənir, gözündən su axır, gözlər qızarır, qaşınır və şişir. Buna havada olan tozcuqlarla bərabər, yanaşı mövsümi qidalar da təsir edir. Misal üçün, çiyələk, gilas, ərik, şaftalı, tut və s. göstərmək olar. Allerqenlər insan orqanizminə dəridən, tənəffüs və mədə-bağırsaq traktı vasitəsilə keçir. Xəstəlik özünü dərhal - 20-30 dəqiqə ərzində, yaxud da 24-48 saat sonra büruzə verə bilər".
A. Əyyubovanın sözlərinə görə, allergik xəstəlikləri son aylarda bütün dünyada yayılan koronavirus infeksiyasından ayırd etmək vacibdir: