BURADA REKLAMINIZ OLA
BİLƏR

“Cərimələrin miqdarı əhəmiyyətli dərəcədə artırılmalıdır" - Deputat

Xalqımızın milli təhlükəsizliyinə qarşı törədilən hər bir əməl ağır cinayətə bərabərdir. Bəzi dövlətlərin, xüsusilə də inkişaf etmiş ölkələrin bu məsələyə biganə yanaşması ağır nəticələrlə yol açdı.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Cavid Osmanov bildirib.

 

Deputat qeyd edib ki, cənab Prezident İlham Əliyevin çevik, eyni zamanda düşünülmüş siyasəti nəticəsində xalqımız bu bəladan az itki ilə çıxdı.

 

“Yoluxma faktının qeydə alındığı ilk gündən bütün zəruri preventiv tədbirlər görülməyə başladı. Cənab Prezident İlham Əliyevin hər bir məsələni ciddi nəzarətdə saxlaması və qısa zaman ərzində bu istiqamtdə çox böyük işlərin görülməsi bizi daha ciddi nəticələrdən xilas etdi.

 

Təhsil müəssələrində təlim-tədris prosesinin dayandırılması, ölkə miqyasında karantin rejminin tətbiq edilməsi cənab prezidentimizin, də dəfələrlə qeyd etdiyi kimi, xalqımızın sağlamlığı və təhlükəsizliyi məqsədi ilə atılmış ən təqdirəlayiq addımlardan biri oldu. Cənab prezident ölkdə bütün iş yerlərinin dayanadırıldığı günlərdə öz iş qrafikinə heç bir dəyişklik etmədi və yaranmış situasiyada fəaliyyətini daha da gücləndirmiş oldu. Biz bunu qısa zaman ərzində paytaxtda Yeni Klinika tibb müəssisəsinin, Sumqayıtda tibbi maska istehsalı zavodunun və sair bu təyinatlı obyektlərin açılışında görə bildik. Cənab prezidentin tapşırıq və göstərişlərinə əsasən 4 milyard manatlıq sosial paketin qısa zamanda həyata keçirilməsi pandemiya dövründə insanlarımızın maddi baxımdan heç bir çətinlik çəkməmələrinə səbəb oldu. "Siyasətimizin mərkəzində hər zaman Azərbaycan vətəndaşı dayanır" deyən cənab prezident İlham Əliyev bir daha sübut etmiş oldu ki, hər bir vətəndaşın yanındadır və yaranmış vəziyyətə baxmayaraq heç bir sosial layihə ixtisar olunmaycaq”.

 

C.Osmanov vurğulayıb ki, dövlətimiz öz humanist prinsiplərini əsas tutaraq ağır durumla üzləşmiş 30-a yaxın ölkəyə öz dəstəyini ifadə etdi.

 

“Cənab Prezidentin göstərişlərinə əsasən paytaxtla yanaşı respublikamızın müxtəlif bölgələrində ümumilikdə 10 modul tipli xəstəxananın tikintisi, koronavirus testlərinin aparılması üçün hər bir müasir tibbi ləvazimatlarla təchiz olunmuş loboratoriyaların yaradılması çox təqdirəlayiq haldır və belə demək mümkündürsə xalqımızın milli təhlükəsizliyi istiqamətində atılmış çox böyük addımdır. Pandemiya dövründə Azərbaycan dövləti dövlət olaraq hər bir lazimi işləri görmüş və görməkdə davam edir.

 

Deputat bildirib ki, bir şəxsin Operativ Qərargah tərəfindən tətbiq edilən qaydalara əməl etməməsi ilk baxışda sosial məsuliyyətsizlik kimi görünə bilər. Ancaq bu cəmiyyət üçün, xalqımızın milli təhlükəsizliyi üçün törədilən cinayət əməlinə bərabərdir. Bir nəfərin etdiyi məsuliyyətsilzik nə qəder sayda insanın həyatına son qoya bilir. Hesab edirəm ki, sosial izolyasiya qaydaları, xüsusilə də tibbi maskadan istifadə etməməyə görə bir müddət öncə qəbul etdiyimiz cərimə məbləğlərinin az olması da bəzi şəxslərin məsuliyyətsizliyini artırmış olur. Odur ki, cərimə məbləğlərinin artırılması günün tələbləri çərçivəsində qaçılmazdır və bu məbləğlər əhəmiyyətli dərəcədə artırılmalıdır".Teleqraf

Tarix: 29 İyun 2020, 08:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin