Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

ADY: Emil Əhmədov Aybəniz İsmayılovanın kadrı olmayıb - YENİLƏNDİ

10 539
Paylaş:
ADY: Emil Əhmədov Aybəniz İsmayılovanın kadrı olmayıb -   YENİLƏNDİ

Emil Əhmədovun Aybəniz İsmayılovanın kadrı olması ilə bağlı deyilənlər həqiqəti əks etdirmir.

Bu barədə Pravda.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) bildirilib.

Qeyd olunub ki, E.Əhmədov ADY-də fəaliyyətə 2016-cı ildən, A.İsmayılova isə 2023-cü ildən başlayıb.

***

2025-02-13 18:21

“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) kadr dəyişikliyi olub.

ADY-nin Yük daşımaları departamentinə rəhbərlik Samir Həziyevə həvalə olunub.

Samir Həziyev 1982-ci ildə anadan olub. 2000–2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə bakalavriat və magistratura pillələrini bitirib, daha sonra Dünya Bankının təqaüd proqramını qazanaraq ABŞ-nin Kolumbiya Universitetinin dövlət idarəçiliyi üzrə magistratura pilləsində təhsil alıb.

Əmək fəaliyyətinə 2004-cü ildən Azərbaycan Respublikası Mərkəzi Bankında iqtisadçı kimi başlayıb, sonra Fövqəladə Hallar Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

2018-ci ildə ADY-də fəaliyyətə başlayıb. 2021-ci ildən İnfrastruktur departamentinin rəis müavini vəzifəsində işləyib.

Qeyd edək ki, Yük daşımaları departamentinin rəisi Emil Əhmədov karyerasında yeni mərhələyə başlamaq üçün ADY-dən ayrılıb.

Emil Əhmədov ADY-də 2016-cı ildə fəaliyyətə başlayıb, bir çox uğurlu layihələrin həyata keçirilməsinə və qurumun inkişafına böyük töhfə verib./Trend

Qeyd: E.Əhmədovun “Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin rəhbəri vəzifəsindən nöqsanlara görə azad edilən Aybəniz İsmayılovanın kadrı olduğu bildirilir.

Paylaş:

Ən son xəbərlər