Ötən həftə qumarxana təşkil etmə və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırması ittihamı ilə həbs edilən Yusif Baqiyev sərbəst qalmaq istəyir.
Pravda.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, “qumar kralı” kimi tanınan Baqiyevin barəsindəki qərardan verilmiş şikayət araşdırılıb.
Bakı Apellyasiya Məhkəməsi ağır cinayətlərdə təqsirləndirilən şəxsin işində hər hansı dəyişiklik olmadığından şikayəti rədd edib. O, məhkəmə salonundan təcridxanaya qaytarılıb.
Bu işlə bağlı qalmaqal yaradan yeni məqam isə vurulmuş ziyanın məbləğidir.